"Bayern" Almaniya çempionu oldu VİDEO

00:08 - 19 May 2019

Almaniya Bundesliqasında 2018/19 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Bayern” evdə “Ayntraxt”ı 5:1 hesabı ilə məğlub edərək, ardıcıl 7-ci, ümumilikdə isə 29-cu dəfə Almaniya çempionu olub.

 

Dortmund “Borussiya” səfərdə Münhenqladbax “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib və mövsümü 2-ci pillədə tamamlayıb.

 

"Bayern" (Münhen), "Borussiya" (Dortmund), "Leyptsiq" və "Bayer" (Leverkuzen) növbəti mövsüm Çempionlar Liqasında, "Borussiya" (Münhenqladbax), "Volfsburq" və "Ayntraxt" isə Avropa Liqasında mübarizə aparacaq.

 

 

 

 

 

 

Xəbər xətti