Almaniyanın "Borussiya" klubu komandadan ayrılacağı iddia edilən Ceydon Sanço ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Dortmund klubunun idman direktoru Mixael Sork ingilis futbolçunun gələn mövsüm də komandada olacağını bəyan edib: "Ceydon gələn mövsüm də bizimlə olacaq. Kiminsə təmasa keçməsinə ehtiyac yoxdur".
19 yaşlı vinger Bundesliqada 34 oyuna 13 qol vurub, 13 assist edib.
"Borussiya" İngiltərə millisinin üzvünü 2017-ci ildə "Mançester Siti"dən 8 milyon avroya transfer edib. Sançonun müqaviləsinin başa çatmasına 3 il qalıb.
saytlarin hazirlanmasi