"Qəbələ"dən ayrılan futbolçu Makedoniya çempionu ilə anlaşdı

11:18 - 21 May 2019

"Qəbələ"dən ayrılan albaniyalı yarımmüdafiəçi Sabien Lilay karyerasını Makedoniyada davam etdirəcək.

 

Sportal.az supersport.al-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ölkə çempionu olan "Şkendiya" ilə anlaşıb. Çempionlar Liqasında çıxış edəcək klub Albaniya millisinin üzvünün transferini tezliklə rəsmi şəkildə açıqlayacaq.

 

Lilay ötən yay "Skenderbeu"dan "Qəbələ"yə keçmişdi. O, "qırmızı-qaralar"da 29 oyun keçirib.

Xəbər xətti