Mayın 25-dən iyunun 5-ə kimi Bakıda 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında turnir keçiriləcək.
«Zirə» və «Şüvəlan» futbol klublarının birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə 8 komanda iştirak edəcək – «Zirə», «Şüvəlan», «Sabah», «Keşlə», «Neftçi», «Qarabağ», «Sumqayıt» və «Sabah-2004». «İnkişaf turniri» adlı yarışda məqsəd gənc futbolçuların uzun müddət futbolsuz qalmamaları və milli məşqçilərinin milliyə namizəd futbolçuların hazırdıq səviyyətini yoxlamalarıdır. Artıq, bu gün turnirin püşkatması keçirilib, qrupların tərkibi və təqvim müəyyənləşib.
«A» qrupu: «Keşlə», «Sabah-2004», «Sumqayıt», «Şüvəlan».
«B» qrupu: «Sabah», «Qarabağ», «Neftçi», «Zirə».
Əsasnaməyə əsasən «A» qrupunun oyunları «AZAL Arena»da, «B» qrupunun oyunları isə Aviasiya Akademiyasının stadionunda keçiriləcək. Növbəti mərhələnin oyunlarının ilkin variant kimi «AZAl Arena»da təşkili nəzərdə tutulub. Amma güman ki, həmin oyunlar AFFA-nın dəstəyi ilə təbii örtüyü olan fərqli məkana salısın. Turnirin tam təqvimi aşağıdakı kimidir:
Qrup mərhələsi
1-ci tur
25 may (şənbə)
11:00 «Sabah» - «Qarabağ»
11:00 «Sumqayıt» - «Şüvəlan»
18:00 «Neftçi» - «Zirə»
18:00 «Keşlə» - «Sabah – 2004»
2-ci tur
28 may (çərşənbə axşamı)
11:00 «Sabah» - «Neftçi»
11:00 «Keşlə» - «Sumqayıt»
18:00 «Zirə» - «Qarabağ»
18:00 «Şüvəlan» - «Sabah – 2004»
3-cü tur
31 may (cümə)
11:00 «Zirə» - «Sabah»
11:00 «Şüvəlan» - «Keşlə»
18:00 «Qarabağ» - «Neftçi»
18:00 «Sabah – 2004» - «Sumqayıt»
Yarımfinallar
02 iyun (bazar)
11:00 1-ci yarımfinal oyunu
18:00 2-ci yarımfinal oyunu
05 iyun (çərşənbə)
11:00 3-cü yer uğrunda oyun
18:00 Final
«Het-trik news»
saytlarin hazirlanmasi