Milli Xorvatiya klubu ilə bərabərə qaldı

11:04 - 22 May 2019

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə qarşılaşan Milan Obradoviçin rəhbərlik etdiyi milli 1:1 hesablı heç-heçə edib.

 

Yığmanın heyətində İsmayıl İbrahimli fərqlənib.

Xəbər xətti