Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Xorvatiyanın "Slaven Belupo-2" komandası ilə yoxlama oyununda 1:1 hesablı heç-heçə edib.
Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, yığmanın serbiyalı çalışdırıcısı Milan Obradoviç matçla bağlı fikirlərini bölüşüb:
“Bizim üçün asan oyun olmadı. Rəqibin heyətində meydana çıxan bəzi oyunçular əsas komandanın üzvləridir. Onlar çempionatda mütəmadi oynayan kifayət qədər təcrübəli futbolçulardır. İlk hissədə hesabda geri düşdük. Rəqib fasiləyədək cəmi bir qol imkanı yaratdı, ondan da maksimum istifadə etdi. İkinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi, oyun intizamından qopmadıq. Fasilədən sonra oyuna və topa tam nəzarət edə bildik. Xüsusən, müdafiədə yaxşı çıxış etdik, heç bir səhvə yol vermədik. Rəqib kobud oyuna üstünlük versə də, biz sonadək mübarizə apardıq, əsl əzmkarlıq nümayiş etdirdik və lazım olan qolu vurduq”.
saytlarin hazirlanmasi