İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone komandadan ayrılacağı iddialarına münasibət bildirib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis növbəti mövsüm Madrid klubunda olacağını deyib: "İşimi sevirəm. "Atletiko"nun kimliyini daşıyıram və özümü bu kluba aid edirəm. Bilirəm, çətin il keçirdik. Çətinliklər çox olacaq, ancaq növbəti mövsüm kim olduğumuzu göstərəcəyik. Yeni ruh ortaya qoyacağıq. Komandadakı işimə davam edəcəm".
49 yaşlı mütəxəssis 2011-ci ildən "Atletiko"nu çalışdırır. Madrid təmsilçisi onun rəhbərliyi altında cari mövsüm La Liqanı 2-ci sırada bitirib.
saytlarin hazirlanmasi