"Ayaks"ın braziliyalı hücumçusu David Neres yayda komandadan ayrıla bilər.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Liverpul"dan sonra "Atletiko" da 22 yaşlı futbolçunu transfer hədəfinə alıb. Madrid klubunun baş məşqçisi Dieqo Simeone Neresi transfer siyahısının ilk sıralarına yazıb.
Xəbərdə "Ayaks"ın bu transfer üçün ən azı 40 milyon avro tələb etdiyi vurğulanıb.
Neresin Amsterdam klubu ilə 2022-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm 50 oyuna 12 qol vurub, 15 assist edib.
saytlarin hazirlanmasi