"Barselona" uruqvaylı hücumçusu Luis Suaresə alternativ axtarır.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, katalonlar transfer siyahısına "Liverpul"un forvardı Divok Oricini yazıb.
Xəbərdə "Barselona"nın "Tottenhem"in hücumçusu Fernando Lyorente ilə də maraqlandığı vurğulanıb.
Divok Orici Çempionlar Liqasının yarımfinal mərhələsinin "Enfild"də keçirilən cavab görüşündə "Barselona"ya iki qol vurmuşdu.
24 yaşlı belçikalı hücumçunun "qırmızılar"la 2020-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm 21 oyuna 7 qol vurub, 2 assist edib.
saytlarin hazirlanmasi