"Qalatasaray"dan Riberiyə iki illik müqavilə təklifi

18:15 - 23 May 2019

Növbəti mövsüm Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" transfer fəaliyyətinə başlayıb.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Henri Onyekurunun "Everton" dönəcəyini nəzərə alan "sarı-qırmızılar" cinahda yaranacaq boşluğu doldurmaq üçün axtarışlara başlayıb.

 

İstanbul klubu "Bayern"də vida matçını keçirən sabiq futbolçusu Frank Riberiyə 2 illik təklif göndərib. 36 yaşlı futbolçuya illik 2 milyon avro maaş təklif olunub.

 

Riberi 2004/05 mövsümündə "Qalatasaray"da çıxış edərkən maaşının gecikdirilməsini səbəb göstərərək, müqaviləsini ləğv edib, "Marsel"ə keçmişdi.

Xəbər xətti