PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın ulduz futbolçuları - Kilian Mbappe və Neymarla bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların komandadan ayrılacağı iddialarına münasibət bildirib:
"Mbappe çox ağıılı futbolçudur. Gənc yaşından artıq məsuliyyəti öz üzərinə götürməyə çalışır. Bir baş məşqçi kimi Neymar və Mbappenin komandada qalmasını istəyirəm. Ancaq ayrılsalar, çıxış yolu tapacağıq".
Mbappe Fransa Liqa 1-də ilin futbolçusu seçilərkən komandadan ayrılacağına dair işarə vurmuşdu. Lakin klub sosial şəbəkə hesabında bəyanat yayaraq, 20 yaşlı forvardın komandada qalacağını bəyan etdi.
Neymarın adı isə Madrid "Real"ı ilə hallanır.
saytlarin hazirlanmasi