"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger yenidən futbol sahəsinə qayıtmaq istəyidini açıqlayıb.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis baş məşqçi kimi çalışmağa tərəddüd etdiyini bildirib:
"Məni qısa müddət sonra futbol dünyasında görəcəksiniz. Ancaq baş məşqçi kimi çalışıb-çalışmayacağımı bilmirəm. Komanda çalışdırmağı böyük həsrət duyğusu olacağını sanmışdım, ancaq vaxt keçdikcə indiki vəziyyət mənə daha xoş gəldi. Futbol mənim sevgimdir. Hansı vəzifə olursa, olsun, geri qayıdacam".
Venger "Arsenal"da 1996-2018-ci illərdə çalışıb. O, 22 il ərzində londonlulara 3 Premyer Liqa kubokunu qazandırıb.
saytlarin hazirlanmasi