"Ayntraxt"dan Luka Yoviç açıqlaması

15:15 - 25 May 2019

"Ayntraxt"ın idman direktoru Fredi Bobiç "Real"ın transfer hədəfində olan Luka Yoviçlə bağlı açıqlama verib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, klub rəsmisi Sebastyan Haller, Ante Rebiç və Luka Yoviçə təkliflər gəldiyini bildirib: "Pula ehtiyacımız yoxdur. Kimisə satmaq istəmirik. Ancaq hər şey ola bilər. Hər üç futbolçunu sata bilərik. Əgər Rebiç, Haller və Yoviç ayrılmaq istəsələr, edəcəyimiz bir şey yoxdur".

 

İddialara görə, "Real" Yoviç üçün 60 milyon avro təklif edib, lakin "Ayntraxt" 70 milyon avro tələb edir.

 

Serbiyalı hücumçu başa çatan mövsüm 48 oyuna 27 qol vurub, 7 assist edib.

Xəbər xətti