"Bayern"in prezidenti Uli Hönes "Mançester Siti"dən Leroy Sane ilə maraqlandıqlarını təsdiq edib.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, klub rəhbəri Saneylə danışıqlar apardıqlarını deyib.
İddialara görə, Münhen təmsilçisi bu transfer üçün Mançester klubuna 80 milyon avro təklif edib.
"Mançester Siti" almaniyalı vingeri 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya almışdı. 23 yaşlı futbolçu başa çatan mövsümdə 47 oyuna 16 qol vurub, 18 assist edib.
saytlarin hazirlanmasi