Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" Rusiya Premyer Liqasında çıxışına davam etmək üçün pley-offda mübarizə aparacaq.
Sportal.az xəbər verir ki, Premyer Liqanı 28 xalla 13-cü pillədə tamamlayan Samara təmsilçisinin pley-offdakı rəqibi I Divizionda mövsümü 4-cü pillədə başa vuran "Nijni-Novqorod" klubudur.
Cütün qalibi 2 oyundan sonra müəyyənləşəcək. Məğlub olan komanda I Divizionda çıxış edəcək.
Komandalar arasındakı ilk oyun mayın 30-da "Nijni-Novqorod"un meydanında baş tutacaq. Cavab oyunu isə iyunun 2-də reallaşacaq.
Ramil Şeydayev Premyer Liqada 18 oyuna (969 dəqiqə) 4 qol vurub, 1 assist edib. "Krılya Sovetov" 23 yaşlı hücumçu ilə müqavilə müddətini uzatmaq istəyir.
saytlarin hazirlanmasi