Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası daha bir yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, yerli “Olimpiya” klubunun əvəzediciləri ilə qarşılaşan Milan Obradoviçin çalışdırdığı komanda 4:2 hesablı qələbə qazanıb.
Komandanın heyətində Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqlənib.
Azərbaycan millisi daha öncə Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
saytlarin hazirlanmasi