Fransa klubu Seneqal millisinin üzvünü 15 milyona transfer etdi

17:50 - 30 May 2019

Fransanın "Renn" klubu "Torino"dan icarəyə götürdüyü Mbaye Nianqın transfer hüququna yiyələnib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 klubu İtaliya təmsilçisinə 15 milyon avro ödəyib. Seneqal millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

 

"Renn" Nianqı ötən il Turin klubundan icarəyə götürmüşdü. 24 yaşlı forvard Liqa 1-də 29 oyuna 11 qol vurub, 4 assist edib.

Xəbər xətti