"Qəbələ"də ayrılıq

18:20 - 30 May 2019

"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı əyalət klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə qol.az-a açıqlamasında o, özü məlumat verib. Menecerin sözlərinə görə, klubdan gedişi bu gün rəsmiləşib. Gələcək karyerası ilə bağlı da danışan Səfiyarlı yenidən futbol agenti kimi çalışa biləcəyini istisna etməyib:

 

 

"Qəbələ"dən bu gün ayrılmışam. Sabahdan işsizlər sırasına qoşulacağam. Ona görə də indidən nəsə deyə bilmərəm. Əvvəlcədən xəbərdarlıq olunsa da, iş axtarmaqla məşğul olmamışam. Bu dəqiqə üçün hər hansı bir fikrim yoxdur. Yəqin ki, ilk ağlıma gələn agentlik fəaliyyətinə qayıtmaq olacaq".

 

Qeyd edək ki, Səbuhi Səfiyarlı 2013-cü ildən "Qəbələ"də çalışırdı.

Xəbər xətti