Elxan Məmmədov UEFA-da komitə sədri seçildi

10:22 - 31 May 2019

Mayın 29-da Bakı şəhərində ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.
 
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

 

Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.

Xəbər xətti