21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun San Marino – Litva oyununun baş hakimi Rəhim Həsənov olacaq.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç iyunun 5-də Serravalle stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi