"Neftçi"nin maraqlandığı futbolçunun yeni klubu rəsmən müəyyənləşdi

13:52 - 31 May 2019

Rumıniyanın "Botoșani" klubu müqaviləsi başa çatan italiyalı futbolçu Dieqo Fabbrininin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Neftçi"nin maraqlandığı iddia edilən futbolçu karyerasını Bolqarıstanda davam etdirəcək. 28 yaşlı hücumçu Sofiya ÇSKA-sı ilə müqavilə bağlayıb.

 

İtaliyalı futbolçu "Empoli" yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Fabbrini "Udineze", "Palermo" "Uotford", "Syena", "Milluol", "Birmingem", "Midlzbro", "Spetsiya", "Real Ovyedo" klublarında oynayıb. O, 2018-ci ildən Rumıniyanın "Botoșani" klubunda çıxış edirdi və meydana çıxdığı 30 oyunda 5 qol vurub, 4 assist edib.

 

Fabbrini 12 dəfə İtaliyanın U-21, 1 dəfə isə əsas millisində forma geyinib. O, 2012-ci ildə Mario Balotellinin zədələnməsindən sonra yığmaya dəvət almışdı və İngiltərə ilə yoldaşlıq görüşündə meydana çıxmışdı.

Xəbər xətti