Kuarejma Bakıda: “Məni nazir özü dəvət edib” FOTOLAR

14:01 - 31 May 2019

Portuqaliya millisinin və “Beşiktaş”ın ulduzu Rikardo Kuarejma Bakıya gəlib.

 

Sportal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.

 

Kuarejma öncə Azərbaycana gəlməkdən məmnun olduğunu bildirib: “Bakıya gəlməkdən məmnunam. Burada bu cür qarşılanma gözləmirdim. Həqiqətən mükəmməldir”.

 

Daha sonra ulduz futbolçu “Beşiktaş”da qalacağını bildirib: ““Beşiktaş”la müqaviləm var. Karyeramı orada bitirmək istəyirəm”.

 

Kuarejma Azərbaycanda oynamaq ehtimalını da dəyərləndirib: “Hər şey mümkündür. Lakin hazırkı vəziyyətdə “Beşiktaş”la müqaviləm var”.

 

O Bakıda keçirilən “Çelsi” - “Arsenal” oyununu izlədiyini də sözlərinə əlavə edib: “Bəli, final matçını izlədim. Hər şey yüksək səviyyədə təşkil edilmişdi”.

 

Futbolçu digər sualları da cavablandırıb:

 

- Bakıya gəlmə səbəbiniz tam olaraq nədir?

- Azad bəyin (Gənclər və İdman naziri Azad Rəhimobu nəzərdə tutur) təklifi ilə bura gəlmişəm.

 

- “Fənərbaxça” və “Qalatasaray”dan heç təklif aldınızmı?

- Mən satılıq insan deyiləm. Türkiyədə ancaq “Beşiktaş”da oynayaram.

 

Xəbər xətti