Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığması ilə ev matçına hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, yığma baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında "Bakcell Arena"da hazırlaşır.
Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edən Ramil Şeydayev Premyer Liqada qalmaq uğrunda I liqa təmsilçisi "Nijni-Novqorod"la pley-offun cavab görüşündən sonra milliyə qoşulacaq. Bu komandaların cavab oyunu iyunun 2-də olacaq. Ramil iyunun 3-də yığmaya qatılacaq.
Ukrayna Premyer Liqasında çıxış edən Pavel Paşayevin bu gün milli komandaya qoşulacağı gözlənilir.
İspaniyanın "Alkorkon" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov zədəli olduğu üçün yığmadan kənarlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də, "Bakcell Arena"da Macarıstanla qarşılaşacaq.
saytlarin hazirlanmasi