Paytaxt klubundan ilk transfer - 33 yaşlı qapıçı ilə müqavilə imzalandı

17:30 - 31 May 2019

İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem" klubu ilk transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London klubu İspaniya La Liqa təmsilçisi "Espanyol"dan ayrılan ispaniyalı qapıçı Roberto Ximenesi transfer edib. 33 yaşlı əlcək sahibi ilə 2 illik müqavilə imzalanıb. O, "çəkicdöyənlər"ə azad agent statusu ilə qoşulub.

 

Roberto Madridin "Atletiko" klubunun yetirməsidir. Təcrübəli qapıçı "Benfika", "Saraqosa", "Olimpiakos" və "Malaqa" klublarında da çıxış edib.

Xəbər xətti