AÇ-2020-nin seçmə mərhələsinin Macarıstan və Slovakiya ilə oyunlarına hazırlaşan Azərbaycan millisi yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Azərbaycanın U-21 yığması ilə qarşılaşıb. "Dalğa Arena" keçirilən görüş əsas millinin 3:0 hesablı qələbəsi yekunlaşıb.
Yığmanın qollarına Dmitri Nazarov, Ağabala Ramazanov və Araz Abdullayev imza atıb.
Azərbaycan - Azərbaycan U-21 - 3:0
Qollar: Dmitri Nazarov, 62 (pen.), Ağabala Ramazanov, 80 (pen.) (2:0), Araz Abdullayev, 84
Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Bakıda Macarıstanı, 4 gün sonra isə Slovakiyanı qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi