Madridin “Vanda Metropolitan” stadionunda “Tottenhem” və “Liverpul” arasında keçirilən Çempionlar Liqası finalında maraqlı anlar yaşanıb.
Sportal.az xəbər verir ki, matçın gedişində yarıçılpaq olan xanım azarkeş meydana daxil olub. Matç bir neçə dəqiqəlik dayanıb. Daha sonra təhlükəsizlik işçiləri onu meydandan çıxara bilib.
Kinsey Volanski adlı qadının model olduğu məlum olub. Rusiyalı modelin meydana girənəcən instagramda 240 min izləyicisi var idi. İndi isə həmin rəqəm 548 mini ötüb.
Qeyd edək ki, hazırda qarşılaşmada hesab 1:0 “Liverpul”un xeyrinədir.
saytlarin hazirlanmasi