Çempionlar Liqasının "Liverpul" - "Tottenhem" finalında oyun zamanı meydana daxil yarıçılpaq xanım azarkeş geniş müzakirələrə səbəb oldu.
Oyunun gedişində meydana daxil olan qadın hamını soşa saldı. Mühafizəçilər qısa zamanda onu meydanda çıxarıblar. Bu hadisə sosial şəbəkələrdə güniş söz-söhbətə səbəb olub.
Meydana daxil olan rusiyalı fotomodel Kinsey Volanski adlı qadındır. Erotik videolara çəkilən xanım "Youtube"da 9 milyon abunəsi olan Vitali Zdorovetski adlı rusiyalı oğlanın sevgilisidir. Bloggerin videolarını ötən il 1,65 milyard insan izləyib. Vitali "Youtube"da aya 400 min dollardan çox pul qazanır. O, videolarında 22 yaşlı Volanskidən də istifadə edir.
Vitali DÇ-2014-ün Argentina - Almaniya final matçında meydana daxil olmuşdu və gündəmdə olmuşdu. Eyni addımı bu dəfə sevgilisi Volanski atıb. Rusiyalı qadın meydana girənəcən "instagram"da 240 min izləyicisi var idi. İndi isə həmin rəqəm 2,4 milyonu ötüb. İzləyicilərin sayının artacağı istisna deyil.
saytlarin hazirlanmasi