İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında həlak olduğu yerdən videolar yayılıb.
Sportal.az xəbər verir ki, İspaniyanın Sevilya şəhərində baş verən qəzada həyatını itirən 35 yaşlı sabiq futbolçunun maşını yayımlanıb.
Xose Antonio Reyes karyerasına "Sevilya"da başlayıb, 2004-2007-ci illərdə "Arsenal"da çıxış edib. Reyes 2007-ci ildə "Atletiko" ilə müqavilə imzalayıb. 2012-ci ildə "Sevilya"ya qayıdan futbolçu daha sonra "Kordoba", "Xinjiang Tianshan Leopard" klublarında çıxış edib. O, yanvar ayında "Ekstremadura" ilə müqavilə imzalamışdı.
.
saytlarin hazirlanmasi