Lukas Peres La Liqaya qayıtdı

00:09 - 4 İyun 2019

İspaniyanın "Alaves" klubu hücumçu transferi reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem"in hücumçusu Lukas Peresi transfer edib. Vitoriya-Qasteys təmsilçisi bu keçid üçün 2,5 milyon avro təzminat ödəyib. 30 yaşlı forvardla 3+1 illik müqavilə imzalanıb.

 

Lukas Peres daha öncə "Rayo Valyekano", PAOK, "Deportivo", "Arsenal" kimi klublarda çıxış edib.

Xəbər xətti