İspaniya millisinin və "Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqinin yeni iş yeri rəsmən müəyyənləşib.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis "Sevilya"nın baş məşqçisi təyin edilib. Klub saytının məlumatına görə, Lopeteqi ilə 3 illik müqavilə imzalayıb.
O, bu postda Xoakin Kaparrosu əvəz edib.
Lopeteqi 2016-2018-ci illərdə İspaniya millisini çalışdırıb. O, ötən mövsüm qısa müddətdə "Real"ın baş məşqçisi olub.
saytlarin hazirlanmasi