Qəzada ölən futbolçunun oğlu "Real"da - atasına duyğusal vida sözləri

18:34 - 4 İyun 2019

İspaniyanın "Real" klubu avtomobil qəzasında dünyasını dəyişən Xose Antonio Reyesin oğlu Xose Antonio Lopesi akademiyasına cəlb edib.

 

Sportal.az "El Chiringuito"ya istinadən xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres 11 yaşlı Lopesin bütün məsrəflərini qarşılayacaqlarını bildirib: "Uşaqla bağlı kimsə narahat olmasın. Onunla tez-tez maraqlanacağıq".

 

O, daha öncə "Leqanes"in akademiyasında idi.

 

Lopes "instagram" hesabında atasının vəfatı ilə duyğusal vida sözləri yazıb:

 

"Ata, bu şəkil birlikdə keçiridyimiz son günlərə aiddir. Həmişə olduğu kimi, mənə məsləhət verdiyin gün... Ancaq daha qayıtmayacaqsan və bu mənim üçün ən çətin gündür! Biz birlikdə istədiyimiz qədər zaman keçirmədik, amma bir-birimizi nə qədər sevdiyimizi bilirik. Getdiyin cənnətdən məni izləyəcəyini və səni heç zaman unutmayacağımı bilirəm. Səni sevirəm, ata! Dəstək mesajlarınız üçün təşəkkür edirəm".

 

"Sevilya"nın yetirməsi olan İspaniya millisinin sabiq üzvü "Arsenal", "Real", "Atletiko", "Benfika", "Espanyol" kimi klublarda çıxış edib. O, yanvar ayında İspaniya Sequndasında çıxış edən "Ekstremadura" ilə müqavilə imzalamışdı.

 

 

Xəbər xətti