Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavinin ölkədən çıxışına qadağa qoyub.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krasnoselsk Rayon Məhkəməsi aliment borcuna görə bu cəzanı tətbiq edib.
Arşavinin həyat yoldaşı Alisa Kazmina iki yaşlı qızlarına aliment ödəməyi rədd etdiyi üçün keçmiş futbolçunu məhkəməyə verib.
Kazminanın vəkili Aleksandr Dobrovinski cütlüyün boşanmadığını və Arşavinin aliment ödəmək istəmədiyini deyib: "Hələ boşanma yoxdur. Arşavin uşağını görmək istəmir və məhkəmənin qərar verdiyi 350 min rublu ödəmək fikrində deyil. Borcu var və ölkədən çıxışı qadağan edilib".
Növbəti məhkəmə prosesi iyunun 24-nə planlaşdırılıb.
38 yaşlı sabiq hücumçu "Zenit", "Arsenal", "Kuban", "Kayrat" klublarında çıxış edib. O, Rusiya millisində 75 oyuna 17 qol vurub.
saytlarin hazirlanmasi