"Ayaks" "Atletiko"nun təklifini rədd etdi

12:22 - 5 İyun 2019

İspaniyanın "Atletiko" klubu "Ayaks"ın hücumçusu David Neresi transfer etmək üçün hərəkətə keçib.

 

Sportal.az "Globo Esportes"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi amsterdamlılara 45 milyon avroluq təklif yollayıb. "Ayaks" "Atletiko"nun ilk təklifini rədd edib. Klublar arasında danışıqlar davam edir.

 

Braziliyalı futbolçunun xidmətində "Çelsi" və "Liverpul"un da maraqlı olduğu qeyd olunur.

 

Neresin "Ayaks"la 2022-ci ilə qədər müqaviləsi var. 22 yaşlı futbolçu ötən mövsüm 50 oyuna 12 qol vurub, 15 assist edib.

Xəbər xətti