Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, yığma Lixtenşteynin qonağı olub. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv qrupun ən zəifi hesab edilən rəqiblə görüşdən qələbə ilə ayrılmaqla seçmə mərhələyə uğurlu start məqsədində idi.
Ancaq "Sportpark Eşen-Mauren" stadionunda keçirilən görüş yığma adına biabırçılıqla yekunlaşıb. Komanda 9-cu dəqiqədə buraxılan qolla Avropanın ən zəiflərindən hesab olunan rəqibinə uduzub.
Avropa çempionatı, seçmə mərhələ
6 iyun
21:00 Lixteynşteyn (U-21) – Azərbaycan (U-21) - 1:0
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)
saytlarin hazirlanmasi