“Mançester Yunayted” ilk transferini reallaşıdırıb.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Çempionşipdə çıxış edən “Suonsi Siti”dən Daniel Ceymsi transfer edib. 21 yaşlı vingerin transferi Mançester təmsilçisinə 15 milyon funt-sterlinqə başa gəlib. Bundan əlavə, 3 milyin funt-sterlinq də bonus şəklində ödəniləcək.
"Hall Siti"nin yetirməsi olan Uels millisin üzvü peşəkar karyerasına "Suonsi Siti"də başlayıb. Ceyms ötən mövsüm 33 oyuna 4 qol vurub, 7 assist edib.
saytlarin hazirlanmasi