İspaniyanın "Atletiko" klubu komandadan ayrılacağını açıqlayan Antuan Qrizmannın əvəzləyicisini tapıb.
Sportal.az xəbər verir ki, Madrid klubu "Mançester Yunayted"də gözləntilərin altında qalan Aleksis Sançesi transfer hədəfinə alıb.
Çili millisinin üzvünü İtaliyanın "Yuventus" və "İnter" klubları da transfer etmək istəyir.
Sançesin "qırmızı şeytanlar"la 2022-ci ilə kimi müqaviləsi var. 30 yaşlı hücumçu ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 assist edib.
saytlarin hazirlanmasi