Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” yeni mövsümün hazırlığına başlayıb.
Sportal.az xəbər verir ki, "dənizçilər" baş məşqçi Aftandil Hacıyevin rəhbərliyi altında “Bayıl Arena”da bir araya gəlib.
İlk məşqdə yeni transferlər – qapıçı Kamal Bayramovla müdafiəçi Ürfan Abbasov da iştirak edib. Hazırlıqda yalnız yerli futbolçular olub. Müdafiəçi Şəhriyar Rəhimovla hücumçu Ağabala Ramazanov millidə olduqlarından toplanışndan kənarda qalıblar.
"Səbail" iyunun 18-də Bolqarıstanın Bansko şəhərinə təlim-məşq toplanışına yollanacaq.
saytlarin hazirlanmasi