Azərbaycan millisinin futbolçusu Qara Qarayev yığmanın AVRO-2020-nin seçmə mərhələsində sabah Macarıstana qarşı keçirəcəyi matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Sabahkı oyun bizim üçün çox əhəmiyyətlidir. Rəqibin hansı gücdə olduğunu bilirik. Xorvatiyanı məğlub etməsi Macarıstanın səviyyəsini göstərir. Komanda olaraq oyuna hazırıq. Azarkeşlərimizin önündə yaxşı nəticə qazanmaq istəyirik. Evdə oynamaq amilindən də yararlanıb, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- Təxminən 1 aya yaxın hazırlıq keçdiz. Çatışmayan nəsə var? Məğlub olsaz, bunu nə ilə izah edəcəksiz?
- Neqativə köklənmək istəmirik. Bütün nəticələr mümkündür. İstənilən hesab üçün bəhanə axtarmaq fikrimiz yoxdur. Məğlub olsaq, deməli hər hansısa çatışmazlığımız var. Qalib gələcəyimiz təqdirdə də çatışmazlıqlarımızı axtaracağıq ki, daha güclü olaq.