Hatem Ben Arfa "Fənərbaxça"da

20:27 - 7 İyun 2019

Ötən mövsümü uğursuz keçirən Türkiyənin "Fənərbaxça" klubu transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu Fransanın "Renn" klubunda çıxış edən Hatem Ben Arfa ilə anlaşıb. 32 yaşlı vinger bu gün müqavilə bağlamaq üçün Türkiyəyə gələcək.

 

Fransa millisinin sabiq üzvü "Lion", "Marsel", "Nyukasl", "Hall Siti", "Nitsa", PSJ kimi klublarda oynayıb. Təcrübəli futbolçu 2018-ci ildən "Renn"də çıxış edirdi.

Xəbər xətti