Eder Militao, Rodriqo, Luka Yoviç, Eden Hazardı transfer edən, Pol Poqba, Kristian Eriksen və Neymar kimi futbolçuları hədəfinə alan İspaniyanın "Real" klubu UEFA-nın Maliyyə Feyr-Pley şərtləri ilə üz-üzə qalıb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu dörd futbolçunun transferi üçün 255 milyon avro xərcləyib. UEFA-nın Feyr-Pley şərtlərinə uyğun olaraq, "Real" "one in, one out" (bir giriş, bir çıxış) qaydası ilə oyunçu satışından 300 milyon avro qazanc götürməlidir.
Nəşrin məlumatına görə, "Real" yay transferləri üçün 400 milyon avro xərcləyəcək. Maliyyə Feyr-Pley qaydalarına əsasən, bunun 300 milyonu oyunçu sarışından götürülməlidir.
"Kral klubu"nun bu yay 13 futbolçu ilə yolları ayıracağı ehtimal olunur. Keylor Navas, Xesus Valyexo, Serxio Reqilon, Teo Hernandes, Markus Lyorente, Lukas Silva, Raul de Tomas, Borxa Mayoral və Qaret Beylin Madrid klubundan ayrılacağı gözlənilir.
"Real"ın ən böyük qazanc götürəcəyi futbolçulardan biri də Xames Rodriqesdir. "Bayern"lə icarə müqaviləsi bitən kolumbiyalı futbolçunun "Real"da qalmayacağı gözlənilir. Bundan əlavə, Mateo Kovaçiçlə Qaret Beylin də yaxşı qiymətə satılacağı bildirilir.
saytlarin hazirlanmasi