“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” İtaliyanın San Vito şəhərində təşkil olunan “Fabio Zukkeri Memorialı”nda qüvvəsini sınayıb.
Turnirdə 16 komanda mübarizə aparıb. “Qəbələ” A qrupunda İtaliya təmsilçiləri “Çezena”, “Venesiya” və “Manzanese” ilə üz-üzə gəlib.
Azərbaycan təmsilçisi “Venesiya”ya 0:1, “Çezena”ya 0:2, “Manzaneze”yə 1:2 hesabı (qol: Sənan Ağalarov) ilə uduzaraq, medallar uğrunda mübarizəni erkən başa vurub.
Turnirdəki sonuncu görüşdə “Donatello” üzərində üç cavabsız qolla (Zöhrab Bayramov, Sənan Ağalarov, Kənan Baxışov) qazanılan qələbə “Qəbələ”nin yarışı “ilk onluq”da başa vurmasına şərait yaradıb.
“Qəbələ” “IV Fabio Zukkeri Memorialı”nın xüsusi mükafatı – “Ən yaxşı əcnəbi komanda” kubokuna da layiq görülüb.
Turnirin qalibi “Udineze”, ikinci yerin sahibi “Pordenon”, üçüncü yerin sahibi isə “Hayduk” olub.
saytlarin hazirlanmasi