Rafinya Braziliyaya qayıtdı

11:34 - 10 İyun 2019

Almaniyanın "Bayern" klubundan ayrılan Rafinya vətəni Braziliyaya qayıdıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “Flamenqo” ilə müqavilə bağlayıb. Klub saytı müqavilənin detalları barədə məlumat verməyib.

 

Qeyd edək ki, Rafinya peşəkar karyerasına "Koritiba"da başlayıb. O, "Şalke" və "Cenoa" klublarında da çıxış edib. Braziliya millisinin sabiq üzvü 2011-2019-cu illərdə "Bayern"də çıxış edib.

Xəbər xətti