Milli komandaların biabırçı nəticələri azarkeşləri bezdirib. Əsas yığmanın Macarıstana uduzması, U-21-in Lixtenşteyndə rəzil məğlubiyyətlə üzləşməsi futbolsevərlərin səbr kasasını daşırıb.
Sportal.az xəbər verir ki, sosial şəbəkələrdə azarkeşlər ciddi kampaniyaya start veriblər. Çoxminli futbol səhifələri “affaistefa” həştəqi ilə narazı fanatları birləşdirməyə çalışır. Azarkeşlər xüsusilə AFFA-nın baş katibi Elxan Məmmədovun fəaliyyətindən narazılıq edirlər.
Azarkeşlər Slovakiya ilə matça məhz Məmmədovu istefaya çağırmaq üçün gedəcəklər.
saytlarin hazirlanmasi