Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun müvafiq yaş qrupuna aid komandası ilə daha bir yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Turan Vəlizadə penalti zərbəsindən vurub.
Xatırladaq ki, tərəflər arasında baş tutan ilk oyunda milli Belarusa 0:4 hesabıyla uduzmuşdu.
saytlarin hazirlanmasi