Yeni mövsüm İngiltərə Premyer Liqasında çıxış edəcək "Aston Villa" heyətini gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Birimngem təmsilçisi ötən mövsüm "Lill"dən icarəyə götürdüyü Ənvər Əl-Qazinin transfer hüququna yiyələnib. Bu keçid üçün Fransa klubuna 9 milyon avro təzminat ödənilib.
Peşəkar karyerasına "Ayaks"da başlayan Mərakeş əsilli hollandiyalı futbolçu 2017-ci ildə "Lill"ə 8 milyon avroya transfer olmuşdu. 24 yaşlı vinger Hollandiya millisində 2 oyun keçirib.
Əl-Qazi ötən mövsüm 28 oyuna 6 qol vurub, 6 assist edib.
saytlarin hazirlanmasi