Sloveniya millisinin üzvü Yan Oblak "Atletiko"dan ayrılmağa qərar verib.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, 26 yaşlı qolkiper gələn mövsüm "Mançester Yunayted"də çıxış etmək istəyir.
Xəbərdə Oblakın sərbəst qalma dəyərinin 120 milyon avro olduğu vurğulanıb.
Madrid klubu qapıçını 2014-cü ildə "Benfika"dan 16 milyon avroya transfer etmişdi. Oblak son mövsüm 46 oyuna qapısından 38 top buraxıb və 24 oyunda çərşivəni toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi