Azərbaycan milli komadansı AÇ-2020-nin seçmə mərhələsində Slovakiya yığmasını qəbul edir.
Sportal.az xəbər verir ki, azarkeşlər milli komandanın uğursuz çıxışına görə AFFA rəhbərliyini oyun zamanı fasilələrlə istefaya çağırır.
Ancaq vaxt keçdikcə şüarlar boğuldu. Fasilə zamanı mülki geyimli mühafizəçilər istefa şüarı səsləyən bir azarkeşi aparıb. Oyunun ikinci hissəsində də eyni hal yaşanıb. 1A sektorundan 20 nəfər azarkeşi mühafizəçilər polis bölməsinə aparıb.
Aparılan azarkeşlərdən biri İmran Hacıbəyli adlı şəxsdir.
Mühafizəçilər azarkeşləri istefa şüarı səsləndirməyə icazə vermir.
Qeyd edək ki, oyunun ikinci hissəsi gedir və qonaqlar hesabda 4:1 öndədir.
saytlarin hazirlanmasi