Ramil Şeydayev: "Pis oynadığımız üçün uduzduq"

00:41 - 12 İyun 2019

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev AÇ-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Şeydayev oyunu şərh edib:

 

"Pis oynadığımız üçün uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə kifayət etmədi. Gərək çox işləyək, çox məşq edək. O zaman hər şey yaxşı olacaq".

 

Ramil paltardəyişmə otağından gec çıxmalarının səbəbini də açıqlayıb:

 

"Paltardəyişmə otağında heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı. İçəridə AFFA rəhbərliyindən kimsə yox idi".

Xəbər xətti