AÇ-2020-nin seçmə mərhələsində Andorra ilə oyun Fransanın yığmasının hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, qarşılaşmada dubl edən futbolçu karyerasının 100-cü qoluna imza atıb.
Gənc ulduz "Monako", PSJ və Fransa milli komandasında 180 oyuna 100 qol vurub. O buna 20 yaş 137 günündə çatıb.
Kriştiano Ronaldo 100-cü qoluna 22 yaş 356 günündə, Lionel Messi isə 22 yaş 97 günündə çatmışdı.
Mbappe ötən mövsüm Liqa 1-də 33 qolla bombardir olub.
saytlarin hazirlanmasi