"Real" növbəti transferini həyata keçirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Lion"un sol cinah müdafiəçisi Ferlan Mendini transfer edib. 24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
"Kral klubu" bu keçid üçün 48 milyon avro ödəyib.
"Real" daha öncə Rodriqo, Dieqo Militao, Eden Hazard və Luka Yoviçi transfer edib. Bu transferlər üçün "Real" 319 milyon avro xərcləyib.
saytlarin hazirlanmasi